Şehiçin məşqçisi futbolçunun dişini qırdı - Video

Şehiçin məşqçisi futbolçunun dişini qırdı - Video
Futbol, Video
10 İyun 2017 - 15:44
Supersport.Az-ın məlumatına görə, futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina - Yunanıstan yığmaları arasında keçirilən oyununda kütləvi dava olub.

Zenitsa şəhərinin "Bilino polye" stadionunda baş tutan qarşılaşmadan dərhal sonra İtaliya "Roma"sında çıxış edən 2 oyunçu - meydan sahiblərinin hücumçusu Edin Ceko və yunanıstanlı müdafiəçi Kostas Manolas arasında mübahisə düşüb.

İnsidentə digər futbolçular və komandaların texniki heyəti də qoşulub. Bosniya və Herseqovina yığmasının məşqçisi Stefan Cilli yunanıstanlı yarımmüdafiəçi Yannis Yannotasın dişini qırıb.

Oyundan əvvəl isə yerli azarkeşlər Yunanıstan himnini fitə basıblar.

Qeyd edək ki, qolsuz başa çatan qarşılaşmada "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının iştirak ərizəsində yer alsa da, sonadək ehtiyatda saxlanılıb.

H qrupunda 6 turdan sonra 16 xalla Belçika liderdir. Yunanıstan 12 xalla 2-ci, Bosniya və Herseqovina 11 xalla 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər