Türkiyədə şok qərar: futbol yığmalarına mükafat ləğv olundu

Türkiyədə şok qərar: futbol yığmalarına mükafat ləğv olundu
Futbol
10 İyun 2017 - 11:11
Supersport.Az-ın məlumatına görə, qardaş ölkədə futbol yığmalarıyla bağlı gözlənilməz qərar verilib.

Türkiyə Futbol Federasiyası mükafatlandırma sistemini ləğv edib.

Bir il ərzində milli komandalara mükafat verilməyəcək.

Ankarada keçirilən TFF-nin fövqəladə toplantısında nümayəndələrə 669 milyon 220 min lirə (318 milyon 35 min 859 manat) büdcənin detalları paylanıb.

31 may 2018-də müddətinə kimi milli komandalar üçün mükafat ayrılmayıb. Hətta Türkyə yığması Dünya Kubokuna vəsiqə qazansa belə pul verilməyəcək.

"NTVSpor"un xəbərinə görə, ötən 1 iyun - 31 may 2017-ci il müddətində milli komanda üçün 100 milyon lirə (47 milyon 523 min 364 manat) ayrılıb və bu məbləğin 29 milyonu (13 milyon 781 min 775 manat) xərclənib.

2016-cı il Avropa çempionatında yığmaya paylanan bu vəsait, son dəfə Arda Turanın jurnalist Bilal Meşeyə hücumundan sonra yenidən gündəmə gətirilmişdi.

Digər xəbərlər