"Qarabağ"ın transfer siyahısında olan futbolçunun Bakı məşqi - Video

"Qarabağ"ın transfer siyahısında olan futbolçunun Bakı məşqi - Video
Futbol, Eksklüziv, Video
10 İyun 2017 - 02:47
Supersport.Az dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının qonağı olacaq Şimali İrlandiya millisinin Bakı məşqini videogörüntüyə alıb.

Beşqat Azərbaycan çempionu "Qarabağ"ın maraqlandığı Keyl Lafferti daha çox diqqət mərkəzində olub.

Şimali İrlandiya yığmasının əsas silahı məşqdə özünü müsbət tərəfdən göstərib. 29 yaşlı hücumçunun ayağının büdrəməsi də gözdən yayınmayıb.

"Norviç Siti"ni tərk edən futbolçu, yeni klub axtarışındadır və onun qiymətinin 1 milyon 280 min funt-sterlinq olduğu bildirilir. Lafferti karyerası ərzində "Bernli", "Darlinqton", "Reyncers", "Sion", "Palermo", "Çaykur Rizəspor", "Birminhem Siti" klublarında da çıxış edib.

Keyl Lafferti milli komandasında Devid Hilidən (36 qol) sonra Şimali İrlandiya yığmasında ən çox fərqlənən futbolçudur (60 oyun, 20 qol).

Digər xəbərlər