Ronaldoya fantastik məbləğ

Ronaldoya fantastik məbləğ
Futbol
10 İyun 2017 - 02:38
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzu Kriştiano Ronaldo üçün fantastik məbləğ təklif olunub.

"A Bola" qəzeti, xəbərində bildirilib ki, Çin klublarından biri portuqaliyalı oyunçu üçün "Real Madrid"ə 200 milyon avro verməyə hazırdır.

Adıçəkilməyən komandanın Ronaldoya illik 120 milyon təklif etdiyi qeyd olunub.

Dünyada ən çox maaş alan futbolçu argentinalı Karlos Tevesdir: illik 40 milyon avro.

Ronaldoya təklif edilən 120 milyon isə rekorddan üç dəfə çoxdur.

Portuqaliyalı futbolçunun transferin reallaşsa həm dünyanın ən bahalı transfer rekordunu vuracaq, həm də ən çox qazanc əldə edən futbolçu olacaq.

 

Digər xəbərlər