"Qarabağ"ın keçmiş məşqçisi "Pro" aldı

"Qarabağ"ın keçmiş məşqçisi "Pro" aldı
Futbol
09 İyun 2017 - 03:42
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" və "Neftçi"də çalışmış mütəxəssis Türkiyədə peşəkar məşqçi lisenziyası alıb.

2016-cı il iyulun 1-də Ərzurumda başlayıb, 5 iyun Antalyada son mərhələsi olan "Pro" kateqoriyalı kursu 4 günlük İsveçrə raundu ilə birlikdə 50 gün çəkib.

Kursda 24 məşqçi iştirak edib. "Pro" lisenziyasını qazanan ən gənc mütəxəssis Mehmet Ak olub.

35 yaşlı məşqçi son dəfə "Kırıkhanspor"da çalışıb. M.Ak Azərbaycanda "Qarabağ" və "Neftçi"də məşqçi kimi fəaliyyət göstərib.

Digər xəbərlər