"Qəbələ" 10 futbolçunu kənarlaşdırdı

"Qəbələ" 10 futbolçunu kənarlaşdırdı
Futbol
06 İyun 2017 - 11:27
Supersport.Az-ın məlumatına görə, yeni mövsümün transfer çalışmalarını davam etdirən "Qəbələ" daha iki futbolçu ilə yollarını ayırıb.

David Pietrzkieviç və Murad Musayev yeni mövsümdən "qırmızı-qaralar"ın formasını geyinməyəcək. Bunadək isə komandamız Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı.

2013-2014 və 2015-2017-ci illərdə "Qəbələ"də çıxış edən Pietrzkieviç "qırmızı-qara" formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.

2012/13 mövsümündən "Qəbələ"nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.

 

Digər xəbərlər