Bakıda roller və skeytbord yarışı

Bakıda roller və skeytbord yarışı
Digər
06 İyun 2017 - 11:07
Supersport.Az-ın məlumatına görə, paytaxtda roller və skeytbord üzrə Bakı şəhər turniri keçirilib.

Respublika Velotrekində baş tutmuş turnir Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən təşkil olunub.

Yarışda 14 yaşlı və daha yuxarı təvəllüdlü oğlanlar mübarizə aparıblar. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, roller və skeytbord idman növünün təbliği və inkişaf etdirilməsindən ibarətdir. Skeytbord üzrə ilk üç yeri Vaqif Mirzəyev, Fuad Dadaşov və Vüqar Gülbala tutub.

Digər xəbərlər