Florentino Peres: "Zidan ömrü boyu "Real Madrid"də qalsın"

Florentino Peres: "Zidan ömrü boyu "Real Madrid"də qalsın"
Futbol
04 İyun 2017 - 14:55
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in prezidenti Florentino Peres belə deyib.

Klub rəhbəri bildirib ki, baş məşqçi Zinedin Zidan ömrünün sonuna qədər komandanı çalışdıra bilər.

"Komandamız möhtəşəm oynadı. Bu uğura görə özümü xoşbəxt sayıram. Hamıya təşəkkür edirəm. Zidan ömrü boyu komandada qala bilər, klubun hər bir azarkeşi ona minnətdardır. Zidan 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı futbolçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidir. O, komandaya 17 aydır rəhbərlik etsə də, çox işlər görüb".

Zidan "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə turnirdə komandasını ardıcıl iki dəfə qalib etmiş məşqçi kimi düşüb.

Xatırladaq ki, Çempionlar Liqasının final matçında İspaniya çempionu "Real Madrid" İtaliyanın "Yuventus" komandasını 4:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər