Türkiyədə futbol klublarına 17 milyon dollar mükafat verildi

Türkiyədə futbol klublarına 17 milyon dollar mükafat verildi
Futbol
03 İyun 2017 - 15:35
Supersport.Az-ın məlumatına görə, 55-ci Türkiyə Kubokunun iştirakçılarına pul mükafatı verilib.

Ümumi məbləğ 17 milyon 162 min 926 dollardır.

Kubokun üçüncü təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanan 54 klub 1 milyon 521 min 175 dollar mükafat alıb.

Qrup vəsiqə əldə edən 32 komanda 100 min dollar, bu raundda qələbə və heç-heçələrə pul verilib.

Klublara bu mərhələdə iştiraka ümumilikdə 3 milyon 200 min, 3 milyon 840 min dollar (qələbə 40 min, heç-heçəyə 20 min dollar) mükafat ödənilib.

Səkkizdəbir finalda vəsiqəyə görə 100 min dollar (ümumilikdə 1 milyon 600 min dollar), oyunların nəticələrinə əsasən 800 min dolar (qələbə 100 min dollar) verilib.

Dörddəbir finalda komandalar 100 min dollar (ümumilikdə 800 min dolar), 1 milyon 200 min dollar (qələbə 150 min, heç-heçə 75 min dollar) mükafat qazanıb.

Yarımfinalın hər bir iştirakçısına 150 min dollar (ümumi 600 min dollar), qələbəyə görə 200 min, heç-heçəyə 100 min (cəmi 800 min dollar) verilib.

Kuboku qazanan "Atiker Konyaspor" 2 milyon 62 min 162 dollar, finalda məğlub olan "Medipol Başakşehir" 739 min 189 dollar qazanıb.

Yarışın qalibi ümumilikdə 3 milyon 325 min 334 dollara sahib çıxıb.

Finalçı "Medipol Başakşehir" 1 milyon 942 mmin 361, yarımfinalda mübarizəni dayandıran "Fənərbağça" 1 milyon 238 min 172 dollar alıb.

Səkkizdəbir finalda kubokla vidalaşan Türkiyə çempionu "Beşiktaş" 428 min 172 dollar, "Qalatasaray" 388 min 172 dollar qazanıb.

Qrupdan çıxa biməyən "Trabzonspor" 268 min 172 dollar alıb.

Digər xəbərlər