Reynaldo "Fənərbağça" ilə oyuna hazırlaşır - Foto

Reynaldo "Fənərbağça" ilə oyuna hazırlaşır - Foto
Futbol, Foto
01 İyun 2017 - 22:33
Superliqanın 34-cü turunda "Fənərbağça"nı qəbul edəcək "Adanaspor" oyuna məşqləri davam etdirir.

'Supersport.Az-ın məlumatına görə, qarşılaşmaya azarkeşlərimizə yaxşı tanıdığı Reynaldo da hazırlaşır.

Baş məşqçi Eyüp Arının rəhbərliyində komandanın məşqi 1 saat 15 dəqiqə olub və futbolçular topla çalışıb, ikitərəfli oyun keçiriblər.

"Adanaspor" "Fənərbağça" ilə qarşılaşmaya hazırlığı sabah başa vuracaq.

Qeyd edək ki, oyun iyunun 3-də keçiriləcək.

Digər xəbərlər