Kamran Ağayev Rusiyanı seçir

Kamran Ağayev Rusiyanı seçir
Futbol
31 May 2017 - 22:05
Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını Rusiyada davam etdirə bilər.

Təcrübəli qolkiper "Amkar"a keçmək üzrədir.

Hazırda Perm klubu ilə 31 yaşlı futbolçu arasında danışıq gedir. İlkin məlumata görə, tərəflər demək olar, razılaşıblar.

Keçən mövsüm "Boavişta"da çıxış edən həmvətənimiz məşhur qalmaqaldan sonra Portuqaliya təmsilçisinin sıralarını tərk etmək məcburuyyətində qalmışdı. O, bu Pireney çempionatında 12 matçda qapısından 14 qol buraxıb.

Digər xəbərlər