Cahangir Əsgərovdan Tomaş Ayana təbrik

Cahangir Əsgərovdan Tomaş Ayana təbrik
Digər, Ağır Atletika
31 May 2017 - 21:27
Tailand paytaxtı Banqkokda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının toplantısında İWF-ə prezident seçkiləri keçirilib.

Supersport.Az-ın məlumatına görə, bu vəzifəyə əsas namizədlər macarıstanlı Tomaş Ayan və italiyalı Antonio Urso olublar.

Yığıncaqda Azərbaycanı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və rəyasət heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.

Seçkilərdə 86 səs toplayaraq rəqibini 25 səs qabaqlayan Tomaş Ayan yenidən İWF-in prezidenti seçilib. 12 il bu vəzifədə çalışan mütəxəssis, növbəti 4 beynəlxalq quruma rəhbərlik edəcək.

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov seçkilərdə qalib gələn Tomaş Ayanı təbrik edib, ona uğurlar arzulayıb, federasiyalar arasındakı dostluq əlaqələrinin davam edəcəyinə inamını bildirib.

Digər xəbərlər