AFFA-nın Media Komitəsində iki ayrılıq

AFFA-nın Media Komitəsində iki ayrılıq
Maqazin
31 May 2017 - 11:16
Supersport.Az-ın məlumatına görə, mayın 30-da AFFA-nın konfrans zalında AFFA yanında Media Komitəsinin İdarə Heyətinin tam tərkibdə növbəti iclası keçirilib.

İclasda əvvəlcə cari məsələlər müzakirə olunub.

"CBC-Sport" kanalının əməkdaşı Rüstəm Əfsərli "Neftçi" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri təyin olunması ilə əlaqədar İntizam Komissiyası sıralarını tərk edib.

Daha sonra Elçin Cəlilov Media Komitəsinin İdarə Heyəti və İntizam Komissiyası üzvlüyündən istefa verməsi barədə qərarını açıqlayıb.

İntizam Komissiyasının yeni üzvləri İdarə Heyətinin növbəti iclasında seçiləcək.

Digər xəbərlər