Teymur Məmmədov: "İnşAllah, Tokio Olimpiadasında qızıl medal qazanaram" - Video

Teymur Məmmədov: "İnşAllah, Tokio Olimpiadasında qızıl medal qazanaram" - Video
Olimpiya, İslamiada-2017, Eksklüziv, Video
27 May 2017 - 16:03
Supersport.Az İslamiadanın qalibi olan 24 yaşlı boksçu Teymur Məmmədovdan açıqlama alıb.

"İslamiadanın qalibi olmaq üçün çox əziyyət çəkdim. Bunun bəhrəsini çempionluqla görməli idim. Bütün döyüşlərim çətin keçdi, asan rəqib yoxdur" deyən Avropa çempionu, dünya çempionatının gümüş, Rio Olimpiadasının bürünc medalsçısı, qarşıdakı əsas məqsədi haqda danışıb:

"Bütün yarışlara ciddi hazırlaşıram. Tokio Olimpiadasında Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmağa çalışacağam. İnşAllah, qızıl medal qazanaram".

Digər xəbərlər