Zidandan çempionluq şərhi

Zidandan çempionluq şərhi
Futbol
22 May 2017 - 15:22
Supersport.Az-ın məlumatına görə, La Liqada 5 illik fasilənin ardından "Real Madrid"ə çempionluq qazandıran baş məşqçi Zinədin Zidan bu uğuru şərh edib.

Fransız mütəxəssis, ən çətin və güclü yarışın qalibi olduqlarını bildirib:

"Dünyanın ən güclü çempionatının qalibiyik. Sevincimi sözlə ifadə edə bilmirəm. Hər mövsüm olduğu kimi çox çalışdıq, mübarizə apardıq. Çox çətin və gərgin çempionat oldu. Peşəkar karyeramın ən böyük günüdür. Bir arzuya çatmaq üçün özünə inanıb, çalışmaq vacibdir. Uzun fasilədən sonra çempionluq kubokunu qazanmaq çox mühümdür. "Real Madrid" üçün xeyli müddət qalib olmamağın hansı anlama gəldiyini bilirik. Bu komanda dünaynın ən yaxşısıdır. Bu kubokla yenidən qayıtdıq. Uğur, möhtəşəm və daim vuruşan futbolçulara məxsusdur. Komndanın yumruq kimi bir olması böyük rol oynadı. İndi zəfəri qeyd etmək məcburiyyətindəyik. Lakin Çempionlar Liqası finalına da hazırlaşmalıyıq".

Digər xəbərlər