AFFA-nın baş katibi mükafatın məbləğini açıqlamaqdan yayındı - Video

AFFA-nın baş katibi mükafatın məbləğini açıqlamaqdan yayındı - Video
Futbol, İslamiada-2017, Video
22 May 2017 - 10:28
"Gəlin, qızıl medaldan həzz alaq"

Supersport.Az AFFA-nın baş katibi Elxan Məmmədovun İslamiadanın qalibi olan 23 yaşlılardan ibarət yığmamız haqda fikirlərini videogörüntüyə alıb.

"Azərbaycan futbol ailəsini bu uğur münasibətilə təbrik edirəm. Final qarşılaşması maraqlı və gərgin oldu. İkinci hissədə komandamız təzyiq altında oynadı. Bununla belə, qalib gələrək çempion oldu. Klublara da təşəkkürümü bildirirəm" - deyə, qurum rəsmisi bildirib.

Baş katib dövlətlə yanaşı, AFFA-nın futbolçulara pul mükafatı verəcəyini deyib, məbləği açıqlamaqdan imtina edib:
"AFFA-nın verəcəyi pul mükafatının məbləğini açıqlamaq istəmirəm. Gəlin, qızıl medaldan həzz alaq".

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən İslamiada qaliblərinin hər birinə 100 min, Milli Olimpiya Komitəsi tərəfindən isə 50 min mükafat ayrılıb. Bu halda, AFFA-nın məbləği açıqlamaması qəribədir.

Digər xəbərlər