Qurbanov "Qarabağ"dan ayrıldı

Qurbanov "Qarabağ"dan ayrıldı
Futbol
21 May 2017 - 13:22
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan ayrılan növbəti futbolçunun adı məlum olub.

31 yaşlı müdafiəçi İlqar Qurbanovla yollar ayrılıb.

İlqar Qurbanov 2011-ci ildən etibarən "Qarabağ"ın formasını geyirdi və futbolçu 144 dəfə komandanın heyətində meydana çıxıb. Qurbanov bu matçlarda 6 qolla yadda qalıb.

"Qarabağ" klubu futbolçuya komandadakı göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər