İslamiada: Azərbaycan birinci, Türkiyə ikinci

İslamiada: Azərbaycan birinci, Türkiyə ikinci
İslamiada-2017
21 May 2017 - 01:03
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının səkkizinci günündə Azərbaycan medal siyahısında zirvədə qalıb.

Ölkəmiz 134 medalla (66 qızıl, 39 gümüş və 29 bürünc) birincidir.

Gün ərzində Azərbaycan idmançıları 10 medal qazanıblar: 3 qızıl, 4 gümüş, 3 bürünc.

Sərbəst güləş yarışlarının ikinci günündə pəhləvanlarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxıblar.

İslamiadanın səkkizinci günündə 10 medal (4 qızıl, 2 gümüş və 4 bürünc) qazanan Türkiyə ikincidir: 172 medal (65 qızıl, 58 qızıl, 49 bürünc).

İran İslamiadada 82 medal (24 qızıl, 25 gümüş, 33 bürünc) əldə edib. Oyunların səkkizinci günündə iranlı idmançılar 8 medal (4-1-3) qazanıblar.

 

Digər xəbərlər