Millimizin rəqibi məlum oldu

Millimizin rəqibi məlum oldu
Futbol, İslamiada-2017
18 May 2017 - 22:00
Supersport.Az-ın məlumatına görə, bu gün İslamiadanın futbol yarışının  finalçıları müəyyənləşib.

İlk yarımfinal qarşılaşmasında Azərbaycan Əlcəzairi məğlub edib.

12:30 Əlcəzair - Azərbaycan 2:0 

Qollar: Ruslan Abışov 39, Məqsəd İsayev 58

Azərbaycan komandası bu heyətdə keçirdi: Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Rəşad Sadiqov, Coşqun Diniyev, Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov (Orxan Əliyev, 81), Ruslan Abışov (kapitan), Məqsəd İsayev (Tellur Mütəllimov, 77), Azər Salahlı, Vüqar Mustafayev (Elvin Camalov, 72).

Digər yarımfinal oyununda Oman Kamerunu 4:3 hesabıyla penatilər seriyasında məğlub edib.

Digər xəbərlər