İslamiada: Türkiyə prezidenti Ərdoğandan Bakıya qızıl mesajı

İslamiada: Türkiyə prezidenti Ərdoğandan Bakıya qızıl mesajı
İslamiada-2017
17 May 2017 - 03:09
Supersport.Az-ın məlumatına görə, Bakıda təşkil olunan IV Islam Həmrəylik Oyunlarında uğur qazanan türkiyəli idmançılar ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanı sevindirib.

Qardaş dövlətin başçısı İslamiadada qızıl medala sahib çıxan idmançılara təbrik məktubu göndərib. Bu haqda Türkiyə prezidentinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bu siyahıda Türkiyəyə birinci yer qazandıran azərbaycanlı atlet Ramil Quliyev də yer alır.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının dördüncü günündə də Türkiyə 115 (43 qızıl, 40 gümüş, 32 bürünc) medalla zirvədədir. Azərbaycan 81 (41 qızıl, 24 gümüş, 16 bürünc) medalla ikincidir.

Digər xəbərlər