İslamiada: Türkiyə birinci, Azərbaycan ikinci

İslamiada: Türkiyə birinci, Azərbaycan ikinci
İslamiada-2017
16 May 2017 - 01:12
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının üçüncü günündə də Azərbaycan idmançıları parlaq zəfərlər qazanıblar.

18 medaldan 9-u qızıl, 6-sı gümüş, 3-ü isə bürüncdür.

Milli komandamızın aktivinə ən çox medalı idman gimnastlarımız yazdırıblar - 5 qızıl, 5 gümüş və 2 bürünc medal.

İslamiadanın üçüncü günündə Türkiyə yığma komandası medal siyahısında liderliyə yiyələnib. Qardaş ölkənin idmançıları gün ərzində 33 medal əldə ediblər. Bu medallardan 15-i qızıl, 7-si gümüş, 11-i bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 92 medal var.

Azərbaycan millisi 68 medalla (33 qızıl, 23 gümüş və 12 bürünc) ikinci pillədə yer alıb.

İlk beşliyi Özbəkistan (30 medal, 6-6-18), İndoneziya (32 medal, 5-13-14) və İran (24 medal, 5-8-11) tamamlayır.

Ümumilikdə üç gün ərzində 24 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

 

Digər xəbərlər