Ruslan Abışov: "Hakimlər yığmamıza kömək etdi" - Video

Ruslan Abışov: "Hakimlər yığmamıza kömək etdi" - Video
Futbol, Eksklüziv, Video
15 May 2017 - 21:46
Supersport.Az İslamiadanın qrup turnirinin üçüncü turunda Mərakəş seçmə komandasıyla oyunda sərfəli nəticə qazanan Azərbaycan yığmasının kapitanı Ruslan Abışovun fikirlərini videogörüntüyə alıb.

Təcrübəli futbolçu, gürcü hakimlərin millimizə kömək etdiyini etiraf edib:

"Qrupda ən çətin oyunumuz oldu. Komandamız əzmkar oyun nümayiş etdirdi. Hakimlərə gəlincə, bizə simpatiyası vardı, bir az kömək etdi. Beynəlxalq yarışlarda çox vaxt idmançılarımız referilərin ədalətsizliyi ilə üzləşdiklərini bildirirlər. Bir dəfə də bizim xeyrimizə qərar versinlər".

Kapitan, yarımfinalda Azərbaycanın Əlcəzairi məğlub etmək gücündə olduğunu söyləyib: "Bizi mükafat yox, yalnız finala çıxmaq düşündürür. Əlcəzairlə qarşılaşma fərqli olacaq. Ümid edirəm ki, finala vəsiqə qazansaq, prezident İlham Əliyev bu qarşılaşmaya gələcək".

Digər xəbərlər