Rafael Ağayev İslamiadanın ikiqat qalibi oldu - Foto

Rafael Ağayev İslamiadanın ikiqat qalibi oldu - Foto
İslamiada-2017, Digər, Foto
13 May 2017 - 22:00
Supersport.Az-ın məlumatına görə, İslamiadanın karate yarışında da Azərbaycan uğurlu çıxış edir.

Rafael Ağayev (75 kq) yarımfinalda Malayziya təmsilçisi Şarmendran Ragonathanı məğlub edərək adını finala yazdırıb. İdmançımız rəqibinə 5:0 hesabı ilə qalib gəlib.

Ağayev finalda Pakistan idmançısı Qulam Abbası ilə qarşılaşıb və 4:0 hesabı ilə inamlı qələbə qazanaraq İslam Həmrəyliyi Oyunlarının çempionu olub.




Azərbaycan və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına birbaşa arenada izləyiblər. Əlbəyaxa döyüş ustamız 1/8 finalda Türkiyə təmsilçisi Erman Eltemeri, 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranini mübarizədən kənarlaşdırıb, yarımfinalda isə malayziyalı Şarmendran Ragonathanı məğlub edib.

Türkiyəli Erman Eltemur və özbəkistanlı Dastonbek Otabolaev bu çəki dərəcəsində bürünc medal qazanıb.

Dövlət başçısı İlham Əliyev qaliblərə medalları təqdim edib.

Qeyd etmək yerinə düşər ki, 7 yaşından karate ilə məşğul olan Rafael Ağayev 5 dəfə dünya, 10 dəfə Avropa çempionu adını qazanıb, 2015-ci il ilk Avropa Oyunlarının qalibidir.

Bu, Rafael Ağayevin İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalıdır.





 

Digər xəbərlər