Çempionlar Liqasının finalının hakimləri məlum oldu

Çempionlar Liqasının finalının hakimləri məlum oldu
Futbol
12 May 2017 - 20:06
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının final oyununun hakimləri açıqlanıb.

İyunun 3-də Uelsin paytaxtı Kardiffin "Millenium" stadinunda keçiriləcək "Real Madrid" - "Yuventus" matçını alman referiləri idarə edəcək. Qarşılaşmanın baş hakimi Feliks Brix təyin olunub. Bu referiyə həmvətənlərindən Mark Borş və Stefan Lupp kömək edəcək. Ehtiyat hakim serb Milorad Maziç olacaq.

Qeyd edək ki, 2007-ci ildən beynəlxalq oyunlara təyinat alan Brix bu mövsüm Çempionlar Liqasında 5, Avroliqada isə "Anderlext" və  "Mançester Yunayted" komandalarının 1/4 final mərhələsində ilk oyununu idarə edib.

Digər xəbərlər