Əfran İsmayılov: "Çalışacam ki, öz oyunumla komandama xeyir verim"

Əfran İsmayılov: "Çalışacam ki, öz oyunumla komandama xeyir verim"
Futbol
12 May 2017 - 12:26


Əfran İsmayılovun "Qarabağ"la müqavilə müddətini bir illik uzatdığı haqda məlumat vermişdik.

Supersport.Az xəbər verir ki, milli komandamızın da üzvü olan yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib:

 

"Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".

Digər xəbərlər