Bu gün İslamiadanın rəsmi açılışıdır

Bu gün İslamiadanın rəsmi açılışıdır
İslamiada-2017, Digər
12 May 2017 - 12:20
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Supersport.Az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.

Açılışda məşhur simaların iştirakı gözlənilir. Mərasimdə yarış iştirakçılarının paradı və atəşfəşanlıq da olacaq.

İslamiadada 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Paraatletika və paracüdoçular da yarışda iştirak edəcəklər.

Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları da keçiriləcək.

Təkbətək idman növlərində  atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yarışları keçiriləcək. Badminton, atçılıq, qılıncoynatma kimi idman növəri bu yarışda olmayacaq.

Digər xəbərlər