AZAL "Şüvəlana"a çevrildi

AZAL "Şüvəlana"a çevrildi
Futbol
12 May 2017 - 10:54

AZAL futbol klubu fəaliyyətini davam etdirəcək.

Supersport.Az-ın məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı rəmsi saytı vasitəsi ilə bəyanat yayıb.


Bildirilir ki, AZAL klubun ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat, klub azarkeşlərinin, "fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.


Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb və AZAL-ın "Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.


Klub yeni mövsümdə I Divizionda təmsil olunacaq.

Digər xəbərlər