"Sumqayıt" 9 futbolçusunu göndərdi

"Sumqayıt" 9 futbolçusunu göndərdi
Futbol
11 May 2017 - 21:46
"Sumqayıt" klubu 9 futbolçusu ilə yolları ayırıb.

Supersport.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mirabdulla Abbasov və Yusif Nəbiyevin icarə müqaviləsinin vaxtı bitdiyi üçün klublarına qayıdıb.

Bundan başqa, Maqomed Kurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli və Kamran Abdullazadənin isə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilələri başa çatıb. Nasir Abilayev və Seymur Əsədovun müqavilələri isə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Digər xəbərlər