"Borussiya"da növbəti müqavilə

"Borussiya"da növbəti müqavilə
Futbol
09 May 2017 - 20:46
Almaniyanın "Borussiya" klubunda yeni müqavilə imzalanıb.

 

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi qapıçı Roman Vaydenfellerlə sözləşmənin müddətini uzadıb. 36 yaşlı "əlcək sahibi" 2018-ci ilin iyun ayınadək Bundesliqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, təcrübəli qolkiper 2002-ci ildən "Borussiya"nın şərəfini qoruyur. O, dortmundluların heyətində meydana çıxdığı 340 matçda qapısında 374 qol görüb.

Digər xəbərlər