"Turan Tovuz" azarkeşləri yürüş keçirəcəklər

"Turan Tovuz" azarkeşləri yürüş keçirəcəklər
Futbol
08 May 2017 - 20:36


“Turan Tovuz” birinci divizionda çempion olsa da, bu komandanın Premyer Liqaya buraxılmayacağı barədə məlumat yayılıb.

Supersport.Az xəbər verir ki, bu məqsədlə tovuzlu azarkeşlər yürüş keçirəcəklər. Azarkeşlər bununla bağlı sosial şəbəkələrdə bəyanat da yayıblar. Bəyanatı olduğu kimi təqdim edirik:

"Birinci divizionda çempionluğu bayram edən “Turan Tovuz” növbəti mövsümdən Premyer Liqada çıxış etmək hüququ qazandı. Lakin son günlərdə mətbuatda “Turan Tovuz”un Premyer Liqaya buraxılmayacağına dair xəbərlər yer almaqdadır.

Azərbaycan futbolunun beşiyi, futbolumuzun döyünən ürəyi Tovuzun Premyer Liqaya rəng qatacağı bütün ölkəyə məlumdur.

Rəhbərlik səviyyəsində maliyyə məsələsinin həll olunması üçün lazımı tədbirlər görülür. İnanırıq ki, ən qısa müddətdə bu məsələ həllini tapacaq və doğma komandamız Premyer Liqaya vəsiqə qazanacaq.

Bizlər, tovuzlular şanlı komandamıza dəstəyimizi daim göstərmişik və hər zaman yanında olmuşuq. Mayın 9-da saat 12-00-da Tovuz şəhər stadionunun önündə “Turan Tovuz”a dəstək yürüşü keçiriləcəkdir. Tovuzu, “Turan”ı sevən hər kəsi bu tədbirə dəvət edirik! Səsimizi duyurmaq üçün hamımız bir olaq!!!".

Digər xəbərlər