AÇ-2017: son gündə medal olmadı

AÇ-2017: son gündə medal olmadı
Digər, Güləş
07 May 2017 - 22:35
Supersport.Az xəbər verir ki, Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı başa çatıb.

Çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

75 kq çəki dərəcəsində mübarizə aparan Ruhin Mikayılov ardıcıl olaraq Danimarka və Ukrayna güləşçilərini məğlub edib. Yarımfinalda Rusiya idmançısı Çingiz Labazanova uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Belarus idmançısı olub. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. Ruhin Mikayılov çempionatı beşinci sırada tamamlayıb.

Digər xəbərlər