Yaşar Bəşirov EKF İcraiyyə Komitəsinin üzvü seçildi

Yaşar Bəşirov EKF İcraiyyə Komitəsinin üzvü seçildi
Karate, Digər
07 May 2017 - 11:40
Supersport.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının AMKF prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov, böyük səs üstünlüyü ilə 4 il müddətində Avropa Karate Federasiyası  (EKF) İcraiyyə komitəsinin üzvü seçilib.

Türkiyənin Kocaeli şəhərində EKF-in nvbəti konqresində İcraiyyə komitəsinə (İK) səsvermə ilə seçilənlər arasında daha 9 nüfuzlu ölkənin karate federasiyasının rəhbərləri də olub. Y.Bəşirov geniş təqdimat nitqində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər idman növləri ilə yanaşı karatenin də inkişaf etdiyini və Azərbaycanın nüfuzlu karate ölkələrindən biri olduğunu bildirib. O, İK-ya seçilməsi üçün belə yüksək etimada görə federasiya rəhbərlərinə münnətdarlığını ifadə edərək, bundan sonra həmçinin avropada karatenin daha da inkişafına səy göstərəciyni deyib.

Səsvermənin digər bəndlərinə uyğun olaraq EKF prezidenti Antonio Espinos daha 6 il müddətinə təşkilatın rəhbəri seçilib. O çıxışında karatenin Olimpiya ailəsinə daxil olmasında 2015-ci il Bakıda 1-ci Avropa Oyunlarının böyük təkan verdiyini xüsusilə diqqətə çatdırıb.

Konqresin gündəliyinə uyğun olaraq təşkilatın son toplantısından indiyədək planlaşdırılan və həll edilən məsələlər müzakirə edilib, EKF komitələrinin hesabatları dinlənilib. Rəsmi yığncağın sonunda qarşıdakı məsul yarışların təqdimatı olub. 2020-ci ildə böyüklərin 55-ci Avropa çempionatının Bakıda keçiriləcəyi bir daha xatırlanıb.

Konqresin sonunda Yaşar Bəşirov avropalı həmkarlarına və EKF rəsmilərinə AMKF-in WKF-ə üzv olmasının 20 illik yubileyi münasibətilə xatirə medalı, həmçinin federasiyanın fəaliyyətini əks etdirən fotolarla zəngin illik təqvim albomu təqdim edib.

Digər xəbərlər