Cavid İmamverdiyevin yeni klubu

Cavid İmamverdiyevin yeni klubu
Futbol
04 May 2017 - 20:16


"Sumqayıt" növbəti transferini həyata keçirib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt" "Neftçi"dən ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C. İmamverdiyev futbolçu karyerası ərzində "Neftçi", "Karvan" və "Elazığspor" klublarında çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bu gün "Kəpəz"dən Tural Axundovu da transfer edib.

Digər xəbərlər