Elxan Məmmədov futbolçularla görüşdü

Elxan Məmmədov futbolçularla görüşdü
Futbol
04 May 2017 - 15:47
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb.
Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Xatırladaq ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də, saat 18:30-da, Bayıl stadionunda Kamerun komandasına qarşı keçirəcək.

Digər xəbərlər