Yaşar Vahabzadə Rauf Əliyevlə bağlı sualdan yayındı - Video

Yaşar Vahabzadə Rauf Əliyevlə bağlı sualdan yayındı - Video
Futbol, Video
04 May 2017 - 12:31
Supersport.Az İslamiadaya hazırlaşan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Yaşar Vahabzadənin fikirlərindən bəzi məqamların videogörüntüsünü təqdim edir.

Çalışdırıcı sözlərinə görə, məqsəd qrup səddini aşmaqdır:

"Mayın 1-dən təlim-məşq toplanışına başlasaq da, tam heyətlə məşq keçməmişik. Hələlik 16 futbolçu ilə gündə 2 dəfə hazırlıq keçirik. Futbolçular yarışın məsuliyyətini dərk edirlər. Ona görə də hər birimiz turnirə ciddi hazırlaşırıq. Mətbuatdan da oxumuşuq ki, milli komandanın oyunlarına maraq böyükdür. Artıq oyunlarımıza bilet qalmayıb. Əsas məqsədimiz yaxşı oynamaq və qrupdan çıxmaqdır. Əsas çətinlik bəzi futbolçularımızın bizimlə birgə olmamasıdır. "Qarabağ"la "Qəbələ"nin futbolçuları ölkə kubokunun final qarşılaşmasından sonra, mayın 6-da komandaya qoşulacaqlar.
Ad baxımından ən çətin komandalar bizim yer aldığımız qrupda qərarlaşıb. Adətən, ilk oyunlar çətin keçir. Çünki futbolçularda həyəcan olur. Kamerun yığmasının ayın 5-də "Sumqayıt"la yoldaşlıq görüşünü izləyəcəyəm. Səudiyyə Ərəbəstanı və Mərakeş yığmalarının oyununu da ilk turda görəcəyik. Ümumiyyətlə, rəqiblərin kimliyindən asılı olmayaraq, bütün qarşılaşmalarda öz bacarığımızı nümayiş etdirməyə çalışacağıq".

Baş məşqçi, Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Rauf Əliyevin (11 qol) yığmaya dəvət olunmamasıyla bağlı suala cavab verməkdən yayınıb.

Digər xəbərlər