Bayraqdarımız bəlli oldu

Bayraqdarımız bəlli oldu
İslamiada-2017, Digər
03 May 2017 - 17:50
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarının adı açıqlanıb.


Supersport.Az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək. Çingiz Hüseynzadə bayraqdarın dəyişilə biləcəyi ehtimalını da istisna etməyib: "Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi - mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq, bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər ki, onu dəyişək".


Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur.

Digər xəbərlər