Uşu-sanda üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Uşu-sanda üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb
Digər, Uşu-sanda
03 May 2017 - 15:04
Mayın 3-də Azərbaycan Uşu Federasiyası IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək uşu-sanda üzrə yığma komandanın hazırlığı, planları ilə bağlı mətbuat konfransı keçirib.

Azərbaycan Uşu Federasiyasının prezidenti, Əməkdar İdman Xadimi Azər Həsənsoy mətbuat konfransında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında 17 ölkədən idmançıların çıxış edəcəyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz bu idman növündə 7 çəki dərəcəsindən 6-da təmsil olunacaq.

Ötən oyunlara 3 idmançı ilə qatıldıqlarını deyən federasiya prezidenti bir gümüş və bir bürünc medal qazanıldığını vurğulayıb. Yarışın Bakıda keçirilməsinin əhəmiyyətindən danışan Azər Həsənsoy bu Oyunlarda məqsədin daha uğurlu nəticə qazanmaq və azarkeşlərə qələbələr bəxş etmək olduğunu qeyd edib.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Komandamızın heyətində Orxan Hətəmov (48 kq), Elçin Eminov (52 kq), Ruslan Pirəliyev (60 kq), Bayram Şəmmədov (65 kq), Vüqar Kərəmov (70 kq) və Pərviz Abdullayev (75 kq) yer alıblar.

Daha sonra çıxış edən komandamızın böyük məşqçisi Bahyəddin Səlimov komandanın ötən yarışlarda qazandığı uğurlar, keçirdikləri təlim-məşq toplanışları barədə məlumat verib (azertag).

Digər xəbərlər