"Yuventus" "Monako"nu məğlub etdi

"Yuventus" "Monako"nu məğlub etdi
Futbol
04 May 2017 - 01:00
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, “Monako” öz meydanında “Yuventus”u qəbul edib.

Əvvəlki mərhələdə “Mançester Siti”, Dortmund “Borussiya”sı kimi klubları mübarizədən kənarlaşdıran “Knyazlıq klubu”nun “Yuventus”a qarşı hansı nəticə əldə edəcəyi maraqla gözlənilirdi.

Əvvəlki mərhələdə “Barselona”nı mübarizədən kənarlaşdıran “Yuventus” hazırda ÇL-in favoritlərdən biridir.

İtaliya klubu Fransa komandasına qalib gəlib.

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

3 may

23:45. “Monako” (Fransa) - “Yuventus” (İtaliya) 0-2

Qol: Qonzalo İquain 29, 59

2 may

“Real” (İspaniya) - “Atletiko” (“İspaniya) - 3:0


Qollar: Ronaldo, 10; 73; 86

Qeyd edək ki, cavab görüşləri 1 həftə sonra keçiriləcək

Digər xəbərlər