"Zirə"də ayrılıq

"Zirə"də ayrılıq
Futbol
03 May 2017 - 12:46
Futbol üzrə Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib.

Supersport.Az kluba istinadla xəbər verir ki, baş məşqçi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb. Anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.

“Zirə” hər 3 futbolçuya göstərdikləri xidmətə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Digər xəbərlər