Şumaxer yeriyə bilməyəcək

Şumaxer yeriyə bilməyəcək
Digər, Formula-1
03 May 2017 - 14:32
Supersport.Az-ın məlumatına görə, "Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer haqda məyusedici xəbər yayılıb.

Bu barədə keçmiş pilot Filip Ştreyf açıqlama verib.

O, 4 il əvvəl xizək sürərkən yıxılaraq komaya düşən Şumaxerin yeriməsinin mümkünsüz olduğunu bildirib:

"Şumaxer yaxşılaşsa belə həyatının qalan hissəsini əlil arabasında keçirməli olacaq. O, ailəsini tanıya bilir. Ancaq hələ ki, danışa bilmir, gözləriylə anlaşır. Yaddaşında isə problem var" (Le Parisien).

Digər xəbərlər