"Qızıl buts" uğrunda mübarizə: Bas Dost Messiyə çatır

"Qızıl buts" uğrunda mübarizə: Bas Dost Messiyə çatır
Futbol
02 May 2017 - 14:35
Supersport.Az-ın məlumatına görə, milli çempionatlarda ən çox qol vuran futbolçuya verilən "Qızıl buts" mükafatı üçün rəqabət artıb.

Son turda "Braqa"nın qapısına üç dəfə yol tapan Lissabonun "Sportinq" klubunun əsas silahı Bas Dost, "Barselona"nın ulduzu Lionel Messini yaxından izləyir. Argentinalı futbolçu 33, niderlandlı oyunçu isə 31 qol vurub.

"Qızıl buts"a sahib çıxmaq üçün hər iki oyunçunun üç oyunu qalıb.

Digər xəbərlər