AFFA-nın bərbad fəaliyyəti: yığmamız fiaskoya uğradı

AFFA-nın bərbad fəaliyyəti: yığmamız fiaskoya uğradı
Futbol
01 May 2017 - 10:02
Supersport.Az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub.
Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmada isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.

Digər xəbərlər