FİFA-da istefa

FİFA-da istefa
Maqazin, Futbol
30 Aprel 2017 - 21:55
Supersport.Az-ın məlumatına görə, rüşvət almaqda ittiham olunan beynəlxalq futbol qurumunda çalışan şəxs istefa verib.

Küveyt kral ailəsinin üzvü Şeyx Əhməd əl-Fahad, əl-Sabah bu iddiadan sonra FİFA və Asiya Futbol Kondeferasiyasındakı vəzifəsindən ayrılıb.

Asiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü də olan adıçəkilən şəxs, FİFA-nın komitəsi və AFC İcraiyyə Komitəsindən kənarlaşdığını bildirib.

Mayın 10-11-də Bəhreynin paytaxtı Manamada keçiriləcək FİFA-nın konqresində namizəd olmayacağını açıqlayıb.

Rüşvət ittihamını rədd edən əl-Sabah addımının səbəbini belə izah edib:

"Bu iddianın FİFA, AFC seçkilərində parçalanma və diqqəti yayındırmağa səbəb olmasını istəmirəm".

Qeyd edək ki, FİFA, ABŞ-da başladılan elektron fırıldaqçılığı ilə ittihamları qəbul edən Guam Futbol Federasiyasının prezidenti və FIFA Audit Komitəsi üzvü Riçard Laini 90 gün futboldan kənarlaşdırıb. Əl-Sabahın adı hallandırılmasa da, Lainin Asiya Olimpiya Komitəsi və Küfeyt Futbol Federasiyası üzvü olan yüksək səviyyəli FİFA səlahiyyətlisiylə sıx əlaqəsindən bəhs edilmişdi.
ABŞ prokurorluğu 950 min dollar rüşvət aldığını etiraf edən Laini 1,1 milyon cərimələyib.

 

Digər xəbərlər