Messi: "Bir futbolçudan forma istəmişəm"

Messi: "Bir futbolçudan forma istəmişəm"
Futbol
30 Aprel 2017 - 08:56
Supersport.Az-ın məlumatına görə, "Barselona" klubunun ulduzu Lionel Messi "Real Madrid"in keçmiş futbolçusuna böyük hörməti olduğunu bildirib.

Argentinalı futbolçu deyib ki, matç sonunda forma dəyişmək kimi bir adəti yoxdur:

"Forma dəyişdirmək mənim adətim deyil. Kimsə bunu təklif etsə, müsbət cavab verərəm. Karyeramda bir futbolçudan forma istəmişəm: Zinedin Zidandan.

Qeyd edək ki, 2005-2006-cı il mövsümünün ilk dövrəsində "Barselona"nın "Real Madrid"i 3:0 hesabıyla məğlub etdiyi oyunda Messi Zidana qarşı oynayıb.

Digər xəbərlər