Azərbaycan azarkeşlərinə tanış komanda İsveçrədə 20-ci dəfə çempion oldu

Azərbaycan azarkeşlərinə tanış komanda İsveçrədə 20-ci dəfə çempion oldu
Futbol
29 Aprel 2017 - 12:51
Supersport.Az-ın məlumatına görə, Azərbaycan azarkeşlərinə tanış komanda 20-ci dəfə İsveçrə çempionluğuna qovuşub.

Superliqanın başa çatmasına 6 tur qalmış "Bazel" "Luzern"i 2:1 hesabıyla məğlub edərək birinci yeri təmin edib.

Lider komanda bu qələbə ilə xalını 77-yə çatdırıb və bir oyun çox olmaqla ən yaxın rəqibi "Yanq Boyz"la fərqi 24 edib.

123 yaşlı "Bazel" 8-i ardıcıl olmaqla ümumilikdə 20-ci dəfə çempion adını qazanıb.

Xatırladaq ki, 2009-cu ildə Avropa Liqasının pley-off mərhələsində "Bazel" "Bakı"nın rəqibi olub.

Digər xəbərlər