Afinadan ilk medal

Afinadan ilk medal
Digər, Taekvondo
28 Aprel 2017 - 15:09
Supersport.Az xəbər verir ki, Afina şəhərində təşkil edilən “DTF Prezident Kuboku” beynəlxaq yarışın ilk günü ilk medalımız gəldi. Belə ki, 27 aprel tarixində startı verilən turnirdə -57 kq çəki dərəcəsində mübarizəyə qatılan qadın taekvondoçumuz Yaprak Eriş qarşılaşdığı rəqibləri Asimina Tzortzi (YUN), Laurygan Celin (FRA), Raheleh Asemani (BEL) və Patrisiya Adamkieviczi (POL) yarışdan kənarlaşdıraraq yarımfinala adlamışdır. Finala vəsiqə uğrunda döyüşdə Rusiyalı Yekaterina Kİmlə qarşılaşan təmsilçimiz məğlubiyyətlə üzləşərək turniri bürünc medalla başa vurub.


Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur və bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.

Digər xəbərlər