Ruslan Abışov "Bakı Marafonu"na qatılacaq

Ruslan Abışov "Bakı Marafonu"na qatılacaq
Digər
27 Aprel 2017 - 23:18
Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov "Bakı Marafonu"na qatılacaq.

Bu haqda layihənin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

"Neftçi"nin yarımmüdafiəçisi marafonda fəxri iştirakçı kimi iştirak edəcək.

Daha əvvəl millət vəkili Fuad Muradov, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov, teleaparıcı Nuran Hacı, "Bu şəhərdə"nin üzvləri – Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov "Bakı Marafonu 2017"də iştirak edəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu" saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Digər xəbərlər