“Qarabağ”ın hücumçusu “ən yaxşı” seçildi

“Qarabağ”ın hücumçusu “ən yaxşı” seçildi
Futbol
27 Aprel 2017 - 00:01
Cari mövsüm ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu da mükafatlandırılıb. Supersport.Az-ın məlumatına görə, Cənubi Afrika Respublikasından (CAR) olan 27 yaşlı hücumçu ölkəsində təltif edilib.


O, sözügedən ölkənin legioner həyatı yaşayan futbolçuları arasında martın ən yaxşısı seçilib.


Qeyd edək ki, Ndlovu mart ayında Ağdam klubunun heyətində 4 oyunda meydana çıxıb və 2 qol vurub.

Digər xəbərlər