Nuri Şahin yeni müqavilə imzaladı

Nuri Şahin yeni müqavilə imzaladı
Futbol
25 Aprel 2017 - 19:01


Dortmund "Borussiya"sı bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

 

Supersport.Az xəbər verir ki, Bundesliqa təmsilçisi aparacı üzvlərindən olan Nuri Şahinlə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən Türkiyə millisinin üzvü 2019-cu ilədək "Borussiya"nın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi Dortmund klubunun heyətində meydana çıxdığı 201 qarşılaşmada 19 qol vurmağı bacarıb.

Digər xəbərlər