Milli Qəhrəman Allahverdi Bağırovun xatirə turniri: "Qarabağ" üçüncü oldu

Milli Qəhrəman Allahverdi Bağırovun xatirə turniri: "Qarabağ" üçüncü oldu
Digər
25 Aprel 2017 - 17:42
AzDBTİA-nın stadionunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və "Qarabağ" Reqbi Klubunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bagırovun xatirəsinə həsr olunmuş reqbi üzrə açıq Bakı turniri keçirilib. Yarışda "Qarabağ", "Pələng", "Tissa"  komandaları ilə yanaşı Gürcüstanın "Tsikara", "Avçala", "Vetxivebi", Rusiyanın "Drakonı" (Penza), "Medvedi" (Esentuki) komandaları mübarizə aparıblar.

Qeyd edək ki, Allahverdi Bağırov Qarabağ müharibəsi başlamazdan əvvəl "Qarabağ" FK-da 5 nömrəli forma altında çıxış edib. Turnirin açılış mərasimində qəhrəmanın oğlu Elşən İsmayılov turnirin təşkilatçıalrına öz minnətdarlığını bildirib. Ona Allahverdi Bağırov yazılı "Qarabağ" RK-nın 5 nömrəli forması  təqdim olunub.

Yekun nəticələrə əsasən ilk üç yeri Rusiyanın "Penza", Gürcüstanın "Tsikara", Azərbaycanın "Qarabağ" RK-nun komandası tutub. Qaliblərə Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.



 

 

Digər xəbərlər